Xaricdə təhsil almaq istəyən tələbə və abituriyentlər üçün Bakıda genişmiqyaslı beynəlxalq tədbir təşkil olunacaq. Təhsil sahəsində fəaliyyət göstərən Global Learning Center tərəfindən keçirilən sərgi iştirakçılara dünyanın müxtəlif ölkələrindən olan universitetlərlə birbaşa əlaqə qurmaq imkanı yaradacaq.
Beynəlxalq Təhsil Sərgisi 15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində baş tutacaq. Tədbirdə 50-dən çox xarici universitet, beynəlxalq təhsil təşkilatı və rəsmi nümayəndəlik öz imkanlarını təqdim edəcək.
Sərgi xaricdə təhsil haqqında məlumat axtaran gənclər üçün müxtəlif universitet və proqramlarla tanış olmaq imkanı verəcək. Ziyarətçilər bakalavr, magistratura və hazırlıq proqramları haqqında məlumatları universitetlərin nümayəndələri ilə birbaşa ünsiyyət zamanı əldə edə biləcəklər.
Tədbir iştirakçıları qəbul tələbləri, təhsil haqları, təqaüd imkanları və xaricdə yaşayış şərtləri ilə bağlı suallarını da universitet nümayəndələrinə ünvanlaya biləcəklər.
Beləliklə tələbələr müxtəlif təhsil istiqamətləri haqqında daha geniş təsəvvür formalaşdıra və öz planlarına uyğun variantları araşdıra biləcəklər.
Tədbirə Türkiyə, Polşa, Ukrayna, Malayziya, Almaniya və Rusiya daxil olmaqla müxtəlif ölkələrdən ali təhsil müəssisələri qatılacaq. Türkiyənin tanınmış universitetlərindən bir sıra nümayəndələr də sərgidə iştirak edərək universitetlərində mövcud olan imkanlar barədə məlumat verəcəklər.
İştirakçılar arasında:
Andijan State Medical Institute American University of Cyprus Andrzej Frycz Modrzewski Krakow University Ankara University TÖMER Antalya Belek University Ardahan University Atılım University Constructor University Cyprus International University International Science and Technology University Istanbul Beykent University Istanbul Gedik University Istanbul Kent University Istanbul Kultur University Istanbul Okan University Mamun University Munich University of Digital Technologies & Applied Sciences Mykolas Romeris University Kharkiv Aviation Institute Özyeğin University Paris American International University Pharmaceutical Technical University Stars International Univerity Tbilisi State Medical University University of Europe for Applied Sciences University of Geological Sciences University of Miscolc Urgench State University State Biotechnological University TIIAME National Research University VILNIUS TECH Vilnius University Vizja University Yancheng Teachers University Yuksek Ihtisas University
Sərgi yalnız ali təhsil müəssisələri ilə məhdudlaşmayacaq. Müxtəlif beynəlxalq təhsil təşkilatları və diplomatik nümayəndəliklər də tədbirdə iştirak edərək ziyarətçilərlə görüşəcəklər.
Tədbirdə aşağıdakı qurumlar təmsil olunacaq:
British Council Study in Egypt Study in Kazakhstan Study in Belarus Study in Hungary Embassy of Malaysia INTERNATIONAL YOUTH DIALOGUE PLATFORM
Bu qurumların nümayəndələri müxtəlif ölkələrin təhsil sistemi, viza prosedurları və dövlət proqramları ilə bağlı iştirakçıların suallarını cavablandıra biləcəklər.
Tədbirdə ziyarətçilər üçün xüsusi konsultasiya zonası da yaradılacaq. Təhsil məsləhətçiləri tələbə və abituriyentlərin akademik göstəricilərini və maraq dairələrini nəzərə alaraq ölkə və universitet seçimi ilə bağlı fərdi istiqamətləndirmə aparacaqlar.
Konsultasiya zamanı aşağıdakı mövzular haqqında da məlumat əldə etmək mümkün olacaq:
İmtahansız qəbul imkanları Təqaüd proqramları Dil hazırlıq proqramları Bakalavr və magistratura seçimləri Xaricdə tələbə həyatı və yaşayış xərcləri
Beynəlxalq Təhsil Sərgisi xaricdə təhsil haqqında düşünən abituriyentlər, tələbələr və valideynlər üçün açıq olacaq. Tədbirə giriş ödənişsizdir, lakin iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır.
Ünvan: Hilton Baku Tarix: 15 noyabr 2026 Saat: 12:00 - 17:00 İştirak: Ödənişsiz
Qeydiyyat linki üçün keçid edin.
Xaricdə universitet təhsili haqqında qərar verməzdən əvvəl müxtəlif ölkələrin imkanları ilə tanış olmaq və universitet nümayəndələrindən birbaşa məlumat almaq tələbə və valideynlər üçün faydalı ola bilər.
15 noyabr tarixində keçiriləcək sərgi iştirakçılara müxtəlif universitetləri araşdırmaq, qəbul prosesi ilə bağlı suallar vermək, təhsil və yaşayış xərclərini öyrənmək və gələcək planları üçün məlumat toplamaq imkanı təqdim edəcək.
Global Learning Center xaricdə təhsil planlayan bütün abituriyentləri, tələbələri və valideynləri 15 noyabrda Hilton Baku-da keçiriləcək Beynəlxalq Təhsil Sərgisinə dəvət edir.