Son illər xaricdə təhsil ölkəmizdə bir trend halına gəlib və hər il minlərlə tələbə bakalavr və ya magistr təhsili üçün müxtəlif ölkələrin fərqli universitetlərinə üz tuturlar. xaricdə təhsil üçün lazım olan imtahanlardan biri də SAT-dır. Bu blogumuzda SAT imtahanı nə zaman verilir, nələri etmək lazımdır, neçə mərhələdən ibarət olur kimi tələbələrə düşündürən suallara cavab verəcəyik.
SAT (Scholastic Assessment Test), Amerika Birləşmiş Ştatları və dünyada bir çox ölkədəki kolleclər və universitetlər tərəfindən qəbul edilən bir qəbul imtahanıdır. Bu imtahan, tələbələrin qəbul prosesində əsas bir mənbəyi təşkil edir və onların akademik bacarıqlarını qiymətləndirmək üçün nəzərdə tutulmuşdur. “The College Board” tərəfindən təşkil edilən SAT (Scholastic Aptitude Test) ildə 4 dəfə keçirilir. İmtahanlar üçün ərizə və qeydiyyat müvafiq ölkələrdəki müraciət mərkəzlərindən və ya internet vasitəsilə aparılır. İmtahanlarda iştirakla bağlı heç bir məhdudiyyət yoxdur.
SAT imtahanları SAT 1 (Reasoning Test) və SAT 2 (Subject Test) olmaqla iki ayrı imtahandan ibarətdir.
SAT 1 “Reasoning Test” 3 saat 45 dəqiqə çəkən çoxseçimli testdir. Bu, şagirdin ədədi və şifahi qabiliyyətini ölçür. SAT 1 – 3 hissədən ibarətdir: “Mathematics ” (Riyaziyyat – Həndəsə),Critical Reading” və “Writing”
Mathematics ( Riyaziyyat) hissəsində Cəbr və Həndəsə bilikləriniz,Critical Reading” hissəsində ingiliscə oxumaq və anlamaq qabiliyyətiniz,“Writing” hissəsində isə ingiliscə yazı qabiliyyətiniz yoxlanılır.
3 hissə üzrə toplana biləcək maksimum bal 1600 – dür.
Əgər Amerika üniversitetlərinə qəbul olmaq istəyirsinizsə imtahanın hər 3 mərhələsini keçməlisiniz. Türkiyə universitetləri üçün isə ilk 2 hissə (“Riyaziyyat” və “Critical Reading”) kifayət edir.
SAT 2 1 saat davam edən imtahandır. Suallar müxtəlif fənnlərdən olur. Bu test tələbənin müəyyən bir akademik fənn üzrə biliyini ölçmək məqsədi daşıyır. Test balı 200 ilə 800 arasında dəyişir.
Bir çox Amerika universiteti SAT testlərindən ən azı birini, daha prestijli universitetlər isə hər ikisini tələb edə bilər.Türkiyə universitetləri isə xarici tələbə qəbulu zamanı SAT 2 nəticələrini nəzərə almır.
SAT imtahanının nəticələri ABŞ universitetlərinə müraciət müddətində ümumiyyətlə 5 il etibarlıdır. Türkiyədəki universitetlərə sənəd verən xarici tələbələr üçün imtahanın etibarlılıq müddəti 2 ildir.
SAT imtahanında uğur qazanmaq üçün yaxşı səviyyədə ingilis dili biliyinə sahib olmaq lazımdır.SAT imtahanına hazırlaşmaq üçün bir çox alternativ üsullar var. Onlayn təlim, akademik dərsliklər, sınaq imtahanları və ya xüsusi kursların köməyi ilə SAT imtahanlarına hazırlaşa bilərsiniz. Və ya SAT kursumuza yazılaraq, bizimlə imtahana hazırlaşa bilərsiniz.
Bəli, SAT imtahanı nəticəsi ilə Azərbaycanda da təhsil ala bilərsiniz. ADA universitetində bakalavr pilləsi üzrə SAT imtahanı nəticəsi əsasında təhsil ala bilərsiniz.