Motivasiya məktubu xarici universitetlərə müraciət edən tələbə üçün sənəddir. Nümunələrlə motivasiya məktubu yazmaq üçün məqaləmizi sona qədər oxuyun.
Motivasiya məktubu qəbul komissiyasına tələbənin universitetin tədris proqramına və mədəniyyətinə uyğun olduğunu göstərmək üçün yazılır. Bu məktub vasitəsilə tələbə, təhsil müəssisəsinə öz məqsəd və arzularını, təhsil sahəsindəki nailiyyətlərini və gələcək planlarını izah edir. GLC Xaricdə Təhsil Şirkəti olaraq aşağıdakı, məqaləmizdə mükəmməl bir motivasiya məktubu yazmaq üçün bəzi vacib məqamları qeyd etmişik.
Motivasiya məktubuna başlanğıc olaraq, özünüzü qısa şəkildə təqdim edin. Adınızı, hazırkı təhsil statusunuzu və hansı universitetə müraciət etdiyinizi qeyd edin. Məsələn:
"Salam hörmətli qəbul komissiyası, Mən (Adınız və Soyadınız), (Hazırkı Təhsiliniz və ya Məzun Olduğunuz Məktəb) tələbəsi/məzunuyam. Bu məktubu, sizin nüfuzlu universitetinizdə (İxtisasın Adı) ixtisası üzrə təhsil almaq arzumun səbəblərini izah etmək üçün yazıram."
Bu hissədə, təhsil sahəsindəki nailiyyətlərinizdən, qazandığınız mükafatlardan və iştirak etdiyiniz layihələrdən bəhs edin. Həmçinin, ixtisasınıza uyğun iş və təcrübə proqramlarında iştirak etdiyinizi vurğulamaq vacibdir. Məsələn:
"Təhsil həyatım boyu hər zaman elmi və intellektual bacarıqlarımı artırmağa çalışmışam. (İxtisasın Adı) sahəsinə olan marağım məni müxtəlif layihələrdə və tədqiqatlarda iştirak etməyə yönəldib. Məsələn, (Layihə Adı) layihəsində iştirak edərək, (spesifik bacarıqlarınızı və nailiyyətlərinizi qeyd edin)."
Sizin üçün həmin universitetin nə üçün xüsusi olduğunu və nəyə görə məhz bu universitetdə təhsil almaq istədiyinizi izah edin. Universitetin akademik standartları, təcrübəli professor-müəllim heyəti, geniş tədris proqramları və beynəlxalq əlaqələri haqqında bəhs edin. Məsələn:
"Sizin universitetinizin yüksək akademik standartları və geniş tədris proqramları məni xüsusilə cəlb edir. Mən inanıram ki, universitetinizdə təhsil alaraq həm nəzəri biliklərimi genişləndirə, həm də praktiki bacarıqlarımı inkişaf etdirə bilərəm. Universitetinizin beynəlxalq əlaqələri və müxtəlif təcrübə proqramları mənə qlobal səviyyədə bilik və təcrübə qazanmağa imkan verəcəkdir."
Bu hissədə, gələcəkdə hansı sahədə işləmək istədiyinizi və təhsilinizin bu planlara necə kömək edəcəyini izah edin. Məsələn:
"Gələcəkdə (İxtisasın Adı) sahəsində peşəkar kimi fəaliyyət göstərmək və cəmiyyətə faydalı olmaq istəyirəm. Sizin universitetdə təhsil almaq mənim üçün böyük bir şərəf olacaq və bu imkanın mənə verilməsini ürəkdən arzulayıram."
Məktubunuzu qısa və səmimi bir şəkildə yekunlaşdırın. Məsələn:
"Əvvəlcədən təşəkkür edirəm. Ümid edirəm ki, müraciətim qəbul ediləcək və universitetinizin fəal və uğurlu tələbələrindən biri olacağam. Hörmətlə, (Adınız və Soyadınız)."
Motivasiya məktubu yazarkən dürüst və səmimi olun, lakin peşəkar üslubu qoruyun. Məktubunuzun təsirli olması üçün şəxsi təcrübələrinizi və maraqlarınızı əlavə edərək fərdiləşdirin. Uğurlar!