Lənkəran Dövlət Universiteti (LDU) Azərbaycanın cənub bölgəsində, Lənkəran şəhərində yerləşən, geniş təhsil və elmi araşdırma imkanları təklif edən bir ali təhsil müəssisəsidir. 1991-ci ildə yaradılmış bu universitet, tələbələrə həm bakalavr, həm də magistratura səviyyələrində keyfiyyətli təhsil vermək üçün müxtəlif sahələr üzrə tədris proqramları təqdim edir.
Kafedralar və fakültələr
Təbiyyat fakütəsi
Lənkəran Dövlət Universitetinin ən böyük fakültələrindən biridir. Fakültə 1992-ci ildən fəaliyyət göstərir. Müxtəlif dövrlərdə fakültədə geniş profilli mütəxəssislər hazırlanmışdır. Fakültədə riyaziyyat, fizika, kimya, biologiya, ekologiya istiqamətində fundamental və regional əhəmiyyətli tədqiqatlar aparılır. Fakültəyə dosent Paşayev Nahid Cəlil oğlu rəhbərlik edir.
Fakültədə bakalavriat, magistratura və doktorantura/dissertantura səviyyələrində aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlanır:
Bakalavriat səviyyəsi üzrə:
- 6001017 - Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi;
- 6001012 - Kimya və biologiya müəllimliyi;
- 6001015 - Riyaziyyat müəllimliyi;
- 6001005 - Fizika müəllimliyi;
- 6001020 - Texnologiya müəllimliyi;
- 6005004 - Ekologiya.
Magistratura səviyyəsi üzrə:
7001001 - Pedaqogika ixtisası üzrə ixtisaslaşma:
- Riyaziyyatın tədrisi;
- İnformatikanın tədrisi;
- Biologiyanın tədrisi;
- Kimyanın tədrisi;
- Texnologiyanın tədrisi;
- Fizikanın tədrisi;
7005004 - Ekologiya ixtisası üzrə ixtisaslaşmalar:
- Ətraf mühitin mühafizə və bərpa metodları.
Doktorantura səviyyəsi üzrə:
- Diferensial tənliklər
- Kompüter elmləri
- Analitik kimya
- Üzvi kimya
- Ekologiya
- Genetika
- Mikrobiologiya
Təbiyyat fakültəsində 2 kafedra fəaliyyət göstərir:
“Riyaziyyat və informatika” kafedrası
“Fizika, kimya və biologiya” kafedrası
Fakültədə tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aşağıdakı laboratoriyalar fəaliyyət göstərir:
- Fizika laboratoriyası;
- Kimya laboratoriyası;
- Biologiya laboratoriyaı;
- İnformatika laboratoriyası.
Filologiya və ibtidai təhsil fakültəsi
Lənkəran Dövlət Universitetinin Filologiya və ibtidai təhsil fakültəsi universitet üzrə 03 iyul 2020-ci il tarixli 4/39 saylı əmrlə Humanitar fakültənin bazası əsasında yaradılmışdır. Fakültəyə filologiya üzrə fəlsəfə doktoru, dosent Elman Savad oğlu Mirzəyev rəhbərlik edir.
Fakültədə 3 kafedra fəaliyyət göstərir:
1. Azərbaycan dili və ədəbiyyat
2. Xarici dillər və tərcümə
3. İbtidai təhsil və məktəbəqədər təlim
Fakültədə aşağıdakı istiqamətlər üzrə mütəxəssis hazırlığı aparılır:
Bakalavriat səviyyəsi üzrə:
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
2. Xarici dil (ingilis dili) müəllimliyi
3. İbtidai sinif müəllimliyi
4. Məktəbəqədər təhsil
5. Təhsildə sosial-psixoloji xidmət
6. Psixologiya
Magistratura səviyyəsi üzrə:
1. Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası
2. İngilis dilinin tədrisi metodikası və metodologiyası
3. İbtidai sinifdə tədrisin metodikası və metodologiyası
4. Məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası
Doktorantura və dissertantura səviyyəsi üzrə:
1. Azərbaycan dili
2. Müqayisəli tarixi və müqayisəli-tipoloji dilçilik
Tarix-coğrafiya və incəsənət fakültəsi
Tarix-coğrafiya və incəsənət fakültəsi LDU rektorunun 4/39 nömrəli əmri ilə 3 iyul 2020-ci il tarixində Humanitar fakültənin əsasında yaradılmışdır. Fakültənin nəzdində 3 kafedra – “Tarix və onun tədrisi metodikası”, “Coğrafiya və onun tədrisi metodikası” və “Pedaqogika, psixologiya və incəsənət fənləri” kafedraları fəaliyyət göstərir. Fakültədə bakalavr səviyyəsi üzrə ”Tarix müəllimliyi”, “Coğrafiya müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi”, “Sosial iş”, “Musiqi müəllimliyi” və “Muzeyşünaslıq, arxiv işi, abidələrin qorunması” ixtisasları, magistr səviyyəsi üzrə isə “Tarix fənnin tədrisinin metodikası və metodologiyası”, “Coğrafiya fənnin tədrisinin metodikası və metodologiyası”, “Muzey işi” və “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşmaları, doktorantura səviyyəsi üzrə “Vətən tarixi”, “Sosial pedaqogika” ixtisasları üzrə mütəxəsislər hazırlanır. 2022/2023-cü tədris ilində fakültədə bakalavriat səviyyəsi üzrə 849, magistratura səviyyəsi üzrə 54, doktorantura üzrə isə 14 tələbə təhsil alır.
Fakültədə fəaliyyət göstərən kafedralar
1. Tarix və onun tədrisi metodikası
2. Coğrafiya və onun tədrisi metodikası
3. Pedaqogika, psixologiya və incəsənət fənləri
Fakültədə aşağıdakı istiqamətlərdə mütəxəssis hazırlanır
1. Bakalavriat səviyyəsi üzrə:
1.1. Tarix müəllimliyi
1.2. Coğrafiya müəllimliyi
1.3. Tarix və coğrafiya müəllimliyi
1.4. Təsviri incəsənət müəllimliyi
1.5. Sosial iş
1.6. Musiqi müəllimliyi
1.7. Muzeyşünaslıq, arxiv işi, abidələrin qorunması
2. Magistratura səviyyəsi üzrə:
2.1. Tarix fənnin tədrisinin metodikası və metodologiyası
2.2. Coğrafiya fənnin tədrisinin metodikası və metodologiyası
2.3. Təhsildə qiymətləndirmə və monitorinq
2.4. Muzey işi
3. Doktorantura səviyyəsi üzrə:
3.1. Vətən tarixi
3.2. Sosial pedaqogika
3.3. Təhsilin təşkili və planlaşdırılması
3.4. Ümumi psixologiya
3.5. Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (İngilis dilinin tədrisi metodikası)
3.6. Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geokimyası və geofizikası
3.7. İqtisadi coğrafiya
3.8. Regional coğrafiya
İqtisadiyyat və idarəetmə fakültəsi
İqtisadiyyat və idarəetmə fakültəsində aşağıdakı istiqamətlərdə mütəxəssis hazırlanır:
Bakalavr istiqaməti üzrə:
İqtisadiyyat
Mühasibat
Biznesin idarə edilməsi
Maliyyə
Turizm işinin təşkili
Turizm bələdçiliyi
Marketinq
Menecment
Dövlət və bələdiyyə idarəetməsi
Beynəlxalq ticarət və logistika
Magistratura səviyyəsi: İstehal sferasında mühasibat uçotu və audit
Maliyyə menecmenti
Marketinq
İqtisadiyyatın tənzimlənməsi
Turizm və sosial mədəni servis xidməti
Turizm və otelçilik (Otelçilik)
Turizm və otelçilik (Sosial- mədəni sahələrdə xidmətlərin təşkili)
Biznesin təşkili və idarəedilməsi
Biznesin təşkili və idarəedilməsi (Aqrobiznes MBA)
Biznesin təşkili və idarəedilməsi ( Ərzaq sahəsi üzrə, MBA)
Biznesin təşkili və idarə edilməsi (sosial xidmət sahələri üzrə, MBA)
Doktorantura:
Sahə iqtisadiyyatı
Daxili fiskal siyasət və dövlət maliyyəsi
İqtisadiyyat və idarəetmə fakültəsində 2 kafedra fəaliyyət göstərir
İqtisadiyyat və innovativ idarəetmə
Maliyyə idarəetməsi və audit
Aqrar və mühəndislik fakültəsi
Aqrar və mühəndislik fakültəsi Lənkəran Dövlət Universitetinin 04.07.2016- cı il tarixli 1/58 saylı əmri ilə yaradılmışdır. Fakültədə 1005 tələbə təhsil alır.
Fakültədə intelektual texnologiyalar, süni intellekt sistemləri, ekspert sistemləri, qida texnologiyası, aqrokimya, torpaqşünaslıq, bitki mühafizəsi, seleksiya və toxumçuluq, heyvan anatomiyası və zoogigiyena, baytar-sanitar ekspertizası istiqamətləri üzrə tədqiqatlar aparılır.
Aqrar və mühəndislik fakültəsində mütəxəssis hazırlığı aşağıdakı istiqamətlər üzrə aparılır:
Bakalavriat səviyyəsi:
Kompüter mühəndisliyi
Qida mühəndisliyi
Şərabçılıq
Aqromühəndislik
Zoomühəndislik
Torpaqşünaslıq və aqrokimya (əyani və qiyabi)
Aqronomluq (əyani və qiyabi)
Baytarlıq
Baytarlıq təbabəti
Bitki mühafizəsi
Bağçılıq və tərəvəzçilik
Meşəçilik (əyani və qiyabi)
İnformasiya texnologiyaları (əyani və qiyabi)
Magistratura səviyyəsi üzrə ixtisaslaşmalar:
Qida təhlükəsizliyi
Meyvəçilik
Baytar-sanitar ekspertizası
Meşə quruluşu
Kompüter mühəndisliyi
İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri
Aqrokimya
Doktorantura üzrə ixtisaslar:
Qida məhsulları texnologiyası
“Aqrar və mühəndislik” fakültəsində 2 kafedra fəaliyyət göstərir:
“Texnologiya və texniki elmlər” kafedrası
“Aqrar elmləri” kafedrası
Baytarlıq fakültəsi
Baytarlıq fakültəsi Lənkəran Dövlət Universitetinin 05.12.2023 - cü il tarixli 1/182 saylı əmri ilə yaradılmışdır. Fakültədə 178 tələbə təhsil alır.
Fakültədə heyvan anatomiyası və zoogigiyena, baytar-sanitar ekspertizası, mamalıq, süni mayalanma istiqamətləri üzrə tədqiqatlar aparılır.
Baytarlıq fakültəsində mütəxəssis hazırlığı aşağıdakı istiqamətlər üzrə aparılır:
Bakalavriat səviyyəsi:
Baytarlıq
Baytarlıq təbabəti
Zoomühəndislik
Magistratura səviyyəsi üzrə ixtisaslaşmalar:
Mamalıq, ginekologiya və süni mayalanma
Baytar-sanitariya ekspertizası
Baytarlıq fakültəsində 1 kafedra fəaliyyət göstərir:
“Baytarlıq və zoomühəndislik elmləri” kafedrası
Təhsil haqqı
Lənkəran Dövlət Universitetində təhsil haqqı seçilən proqramdan asılı olaraq fərqlənir:
Bakalavr proqramları: İllik 1,000 - 2,000 AZN arası.
Magistr proqramları : İllik 1,500 - 3,000 AZN arası.
Qəbul balları
LDU-ya qəbul olmaq üçün tələb olunan keçid balları hər il dəyişir və rəsmi olaraq universitetin saytında elan olunur. Orta qəbul balları haqqında məlumat:
Bakalavr proqramları: 150 - 350 bal arası.
Magistr Proqramları: Qəbul imtahanlarından keçid balı əsasən 50-60 bal təşkil edir.
Lənkəran Dövlət Universiteti haqqında ətraflı məlumat üçün rəsmi saytına keçid edin .