Universitet üçün ixtisas seçimi etmək həyatınızın bir çox aspektini təyin edə biləcəyi üçün mühüm bir qərar hesab olunur. Düzgün ixtisas seçimi abituriyentin həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdəndir.
Bəzən abituriyentlər bu seçimə səthi yanaşır və topladığı bal hara uyğundursa heç araşdırma etmədən o ixtisasa uyğun olub-olmadığını düşünmədən seçim edirlər. Bəzən isə tam əksinə hadisələr baş verir. Abituriyent yüksək bal toplamasına rəğmən universitetə qəbul ola bilmir.
GLC Xaricdə Təhsil şirkəti olaraq bu məqaləmizdə düzgün ixtisas necə seçilir, nələrə diqqət etmək lazımdır bu barədə danışacağıq.
Keçən ilin balları ilə yaxından tanış olun!
Keçid balı keçən ilin qəbul balları ilə həmin ilin qəbul balları arasında fərqin əsasında yaranır. Bunun üçün DİM abituriyentlərə kömək etmək məqsədi ilə hər il jurnal hazırlayır. Burada 300 bal və 500 bal toplayan abituriyentlər hansı ixtisasa qəbul ola biləcəyini təyin edə bilirlər.
Öz maraqlarınızı və məqsədlərinizi dəqiqləşdirin: Nəyin sizi həyəcanlandırdığını və hədəflərinizin nə olduğunu düşünün. Hansı sahədə işləmək istəyirsiniz? Hansı yetkinliklərinizi inkişaf etdirmək istəyirsiniz?
Karyera imkanlarını araşdırın: Seçdiyiniz ixtisasın istihdam imkanları və karyera perspektivləri barədə araşdırma aparın. Bu ixtisasa yiyələnəcək iş fırsatları varmı?
Müvafiq universitetləri araşdırın: Hansı universitetlər sizin seçdiyiniz ixtisasda güclüdür? Tədqiq edin və mükayisə edin. Fərqli universitetlərin təklif etdiyi mübadilə proqramları, tədqiqat imkanları və digər fərsətlər barədə məlumat toplayın.
Proqram tərzi və strukturu nəzərdən keçirin: Hər bir universitetin təklif etdiyi proqram strukturu və metodologiyasını qiymətləndirin. Hər bir proqramın məzuniyyət tələblərini və tələbə rəhbərliyi imkanlarını nəzərdən keçirin.
Maliyyə əhəmiyyətləri göz önündə tutun: Təhsil haqqını və digər xərcləri nəzərə alın. Müxtəlif universitetlərin təklif etdiyi təhsil dəstəyi və maliyyə yardımı haqqında məlumat toplayın.
Almaq istədiyiniz təcrübə və fərsətləri qiymətləndirin: Universitetin müxtəlif təcrübələr, tədqiqat, mübadilə və staj imkanlarını qiymətləndirin. Hər bir proqramın sizin inkişafınıza necə kömək edə biləcəyini düşünün.
Şəhər və mənzil seçimi: Universitetin yerləşdiyi şəhəri və yaşama şəraitini də qiymətləndirin. Təhsil aldığınız yerin sizin üçün rahat və müvafiq olmasını təmin edin.
Seçim prosesində bu məsləhətlər sizə yön göstərə bilər. Hər bir maddəyə diqqət yetirərək, öz maraqlarınıza və hədəflərinizə uyğun olan ixtisası seçmək daha mümkün olacaq.
1-ci qrup keçid balları
2-ci qrup keçid balları
3-cü qrup keçid balları
4-cü qrup keçid balları
5-ci qrup keçid balları
11 illik kolleclərə keçid balları
Xaricdə təhsil almaq istəyirsiniz və ixtisas seçimi edə bilmirsinizsə, GLC Xaricdə təhsil şirkəti olaraq sizə sizə yardım etməkdən məmnun olarıq!
Maraqlarınıza, qabiliyyətlərinizə və əmək bazarının tələblərinə əsaslanmalıdır.
Peşə yönümlü testlər və məsləhətlərdən istifadə edərək analiz aparılmalıdır.
Texnologiya, mühəndislik, səhiyyə və biznes sahələri hazırda daha çox tələbat görür.
Bəli, bir çox universitetlərdə müəyyən şərtlər daxilində ixtisas dəyişmək mümkündür.
Maraqlarınıza uyğun olmayan və ya yalnız sosial təsirə görə ixtisas seçmək.
Həmin ixtisasın ölkədə və dünyada iş bazarındakı perspektivləri nəzərə alınmalıdır.