Azərbaycanda gələcəyin ixtisasları hansılardır? Hansı peşələrin, ixtisasların gələcəyi var? Gələcəkdə hansi peşə sahələri ön plana çıxacaq?
Texnologiyanın hər gün sürətli yüksəlişi özü ilə yeni iş sahələri də gətirir. Avtomatlaşdırmaya keçidlə mövcud biznes xətləri daha çox texnologiya yönümlü müəssisələrlə əvəz olunur. Bu gün bir çox sektorlarda perspektivli peşələr kimi önə çıxan biznes sahələrini görmək mümkündür. Süni intellektin və avtomatlaşdırmanın gücü biznes sahələrini yenidən formalaşdırır.
Araşdırmaya görə yaxın gələcəkdə Böyük Britaniyada iş yerlərinin 10%-30%-nin avtomatlaşdırılacağı proqnozlaşdırılır. Ancaq qeyd edə bilərik ki, bu vəziyyəti kütləvi ixtisarlar ve işsizliyin artması kimi şərh etməməliyik.
Süni intellektin məhsuldarlığının artırılması işçilər üçün gələcək peşələri öyrənmək və özlərini təkmilləşdirmək üçün bir fürsətdir.
Bu məlumat gələcək karyera planlamasında, xüsusən də universitet imtahanına hazırlaşan, perspektivli peşələr axtaran və abuturiyent və tələbələr üçün bələdçi rolunu oynayacaqdır.
Yaxın gələcəkdə populyarlaşması gözlənilən 5 ixtisas bunlardır:
Süni intellekt həyatımızın hər sahəsində istifadə olunur. Davamlı olaraq inkişaf edən və inkişaf etməyə davam edəcək süni intellekt gündəlik həyatımıza funksional həllər təqdim edən bir çox proqram təminatı təqdim edir. Süni intellektdən gözləntilərimizin böyük olduğunu nəzərə alsaq, bu sahədə hələ çox işin və proqram təminatının görülməli olduğunu dərhal anlaya bilərik.
Onlarla fərqli sektorda istifadə olunacaq süni intellekt mühəndisliyi mütləq gələcəyin peşələrindən biridir. Ölkəmizdə bir neçə universitetdə bu ixtisas üzrə qəbul mümkündür, eyni zamanda siz bu sahə üzrə istər əlinizdəki imtahan nəticələrinə (SAT-YÖS-DİM-IELTS) uyğun olaraq, istərsə də Attestatla imtahansız xaricdə təhsil ala bilərsiniz.
Bu sahədə proqram təminatı, məlumat texnologiyası və alqoritmləri mənimsəmək və öyrənmək üçün riyazi bilikləriniz yüksək olmağı lazımdır.
Elmi fantastika seriallarında olan robotlar yavaş-yavaş real həyatımıza girməyə başlayır. Süni intellekt texnologiyası ilə yaradılan bu texnologiyada robotlar görmə, toxunma və qavrayış kimi funksiyaları yerinə yetirməyi öyrənə bilir.
Gələcəkdə şübhəsiz daha çox istifadə olunacaq bu alətlər mütləq yeni işçi qüvvəsi tələb edəcəkdir. Gələcək 10 ildə robot mühəndislərinə ehtiyacın 20% artacağı proqnozlaşdırılır.
İnsanlar getdikcə öz psixoloji problemləri ilə barışdıqca və psixoloqla danışmağın psixoloqa getməyin normal qarşılanması ilə psixoloqlara maraq artır. Ona görə də psixoloqlara ehtiyac günü-gündən artır.
Kibercinayətlərin tez-tez törədildiyi günümüzdə sistemlərin təhlükəsizliyinin təmin edilməsi son dərəcə vacib hala gəlib. Gələcəkdə şirkət varlığını davam etdirmək üçün kibercinayətlərə qarşı daha da ehtiyatlı olmalıdır.
Bu səbəbdən rəqəmsal mühitdə məlumatların saxlanması, işlənməsi və təhlükəsizlik məsələləri həm şirkətlər, həm də fərdlər üçün daha çox əhəmiyyət kəsb edəcək və bu sahədə ixtisaslaşmış kadrlara ehtiyac artacaq.
İnsanlıq var olduğu müddətcə qidaya ehtiyacı vardır, ona görədə qlobal iqlim dəyişiklikləri və artan hava çirkliliklərini, su ehtiyatlarının tükənməsini nəzərə alaraq profesional formada yetişdiriciliklə məşğul olmaq üçün bu sahədə təhsil mütləqdir.
Sizlərdə gələcək karyera planlaması və ixtisas seçimi üçün bizə müraciət edə bilərsiniz. İstər Türkiyə, Rusiya ,Ukrayna istərsədə Avropa və Amerikada təhsil üçün mütəxəssislərimizlə ödənişsiz konsultasiyaya yazıla bilərsiniz.
Gələcək təhsil həyatınızda və karyeranızda uğurlar arzulayırıq.