30 avqust tarixində International Face to Face – GLC Fair keçiriləcək. Tədbir çərçivəsində xaricdə təhsil almaq istəyən tələbələr dünyanın müxtəlif ölkələrindən olan universitetlərin nümayəndələri ilə birbaşa görüşmək və təhsil imkanları haqqında ətraflı məlumat əldə etmək imkanı qazanacaqlar.
GLC Fair-də Almaniya, Türkiyə və Macarıstandan olan 6 nüfuzlu universitet iştirak edəcək:
Media University of Applied Sciences SAE Institute VIZJA University University of Miskolc Istanbul Gedik University Istanbul Kültür University
International Face to Face - GLC Fair iştirakçıları universitet nümayəndələri ilə birbaşa görüşərək bakalavr, magistratura və digər təhsil proqramları haqqında məlumat ala biləcəklər. Eyni zamanda universitetlərin qəbul tələbləri, ixtisas seçimləri, təhsil imkanları və xaricdə təhsil prosesi ilə bağlı suallarını ünvanlaya biləcəklər.
Bu tədbir xüsusilə Almaniyada, Polşada, Türkiyədə və Macarıstanda təhsil almaq istəyən tələbələr üçün universitetləri yaxından tanımaq və gələcək təhsil planlarını dəqiqləşdirmək baxımından faydalı fürsətdir.
International Face to Face - GLC Fair tələbələrə universitetləri yalnız onlayn araşdırmaq deyil, onların nümayəndələri ilə şəxsən görüşərək təhsil imkanları barədə daha ətraflı məlumat əldə etmək imkanı yaradır.
Xaricdə təhsil planınızı gerçəkləşdirmək və sizin üçün uyğun universiteti seçmək istəyirsinizsə, GLC Fair-də iştirak edərək beynəlxalq universitetlərin nümayəndələri ilə birbaşa əlaqə yarada bilərsiniz. Qeydiyyat linki: https://exhibition.glc.az/exhibition/apply/35?for=student