;

Tükiyədə Təhsil ilə bağlı sual və cavablar

img

Tükiyədə Təhsil ilə bağlı sual və cavablar

Tükiyədə Təhsil ilə bağlı sual və cavablar yazımız Azərbaycanlı tələbələrin ən çox axın etdiyi ölkə ilə bağlıdır. Axtardığınız bir çox təhsil programları qəbul şərtləri ilə bağlı cavabları tapa bilərsiniz. Türkiyədə təhsil həm ucuz, həm də dil baxımdan Azərbaycana yaxın olduğu üçün hər kəsin təhsil almaq istədiyi bir ölkədir.

Salam. mənim IELTS 6.5  var bu il qəbul imtahanında 600+ yığsam  Türkiyə universitetlərində ingiliscə təhsil ala bilərəmmi? Və yaxudda özəl universitetlərdən təqaüd alıb təhsilə gələn ildən orda başlıya bilərəmmi?

Salam, IELTS  Türkiyədə keçərli deyil, TOEFL lazımdır ingilis dilində tədris üçün. Türkiyədə dövlət universitetlərində oxumaq üçün SAT imtahanı da tələb olunur. TQDK-dan 550-dən yuxarı olmalıdır.

Salam.Men IELTSden 5.5 bal toplamisam,bilmek isterdim ki, Turkiyede hansi universitetlerde MAGISTR tehsili ala bilerem? Mumkundur?

Salam,Türkiyədə özəl universitetlərdə təhsil ala bilərsiniz. Amma onların öz imtahanın verə bilərsiniz. Keçməsəniz hazırlıq keçsəniz bir başa magistr. Türkiyə IELTS onsuz da tanınmır artıq. Türkçə oxumaq istəsəniz sadəcə TÖMER lazımdır.

Turkiye burslari haqqinda melumat vererdiz ielts 6.5 var ortalama yaxsidir mektebde odtu bogazici ankara universitetlerine qebul olma sansim ne qederdir? turkiye burslarinda kime ustunluy verilir? ingilisce bilmeyim menim sansima ne qeder tesir edir men imtahansiz en nufuzlu universitetlere qebul ola bilerem?

Salam, İELTS   keçərli deyil, TOEFL verməlisiz. əlavə gərək SAT imtahanı da götürəsiniz. Burslar TUBİTAK tərəfindən verilir və ona yarı müraciət etmək lazımdır. Türkiyədə dövlət universitetlərinin ayrı maliyyə proqramı yoxdur.

Salam.Mən texniki sahədə magistr təshili alıram.Bilmək istəyirəm ki,gələn 2016-2017ci il üçün İstanbul Teknik Universitetində magistr təhsili almaq üçün hansı kriteriyalar var ?Mütləq ALES,İELTS lazımdırmı ?Bilgisayar mühendsiliyi,programla ixtisası üzrə. Bus sahədə İstanbulda yerləşən başqa məsləhət gördüyünüz dövlət universiteti varmıvə şərtləri nədir ?

salam. Beli ALES teleb olunur vé diplom baliniz (GPA) 80+ olmalidir. Bakalavr ixtisasiniz nedir sizin? Eger ingilisce tehsil almaq isteyirsinizse TOEFL, turkce tehsil almaq isteyirsinizse (TOMER) sertifikatiniz olmalidir. IELTS keçərli deyil Türkiyədə

Salam Turkiyede ayliq yasam xerci ne qederdir?

Salam Türkiyədə yaşam xərcləri sizin təhsil aldığınız şəhərdən asılıdır. Məsələn İstanbul, Ankara kimi şəhərlərdə aylıq 500 dollar yataqxana, yemək və digər xərclərlə bir yerdə, lakin digər şəhərlərdə isə aylıq 300 dollar kifayət edir.

Salam Turkiyede magistr tehsili ucun istanbul,ankara,izmir seherlerinde tehsil haqqi ne qeder olar ve ayliq yasam xerci?

salam dövlət universitetlərində 200-1200 dollar arası dəyişir həm ixtisasdan həmdə proqramın tezli və tezsiz olmasından asılıdır. Yaşam xərcləri isə aylıq 200 dollar yataqxana 250 dollar isə sizin digər xərcləriniz ola bilər.

Magistr tehsili almaq isteyirem. Meni en cox maraqlandiran sual budur? Bezi xaricde tehsil sirketleri ales imtahani verenden sonra sene komeklik edib universitete qebul etdirirler.

salam bəli var dövlət universitetində tezli magistratura üçün ALES imtahanı vacibdir. Özəl universitetlərdə həm tezli, həm tezsiz dövlət universitetlərində isə tezsiz proqram üzrə ALES imtahanı vermədən qəbul ola bilərsiniz.

Salam. Hal hazırda Türkiye dövlet univeristetlerine bakalavr derecesi ve tek attestatla qebul aparırsız? Bu hansı univeristetlerdi ve illik tehsil haqqı neçedir?

Salam. Bəli Türkiyənin bir çox universitetləri attestatla qəbul aparır. Dövlət universitetlərinin illik təhsil haqqı 200-1200 dollar arası ixtisasdan asılı olaraq dəyişməkdədir. Özəl Universitetlərdə isə illik təhsil haqqı 4.000 dollardan başlayır.

Salam turkiyede tehsil haqqinda melumat istiyirdim xarici dil sertifikatim yoxdur dovlet unilerine attestatla qebul ucun sizin shirketin xidmet haqqi ne qederdir ?

Salam, Bəzi universitetlərə Attestatla mümkündür təbii ki. Sizin ixtisasınıza görə sizə uyğun program analizi etmək lazımdır. Ətraflı bizimlə əlaqə saxlaya bilərsiniz

Post Teqləri : GLC

0 Şərh

şərh yaz

TÜRKİYƏ BURSLARI

January 09, 2023

Rektor Təyinatı

December 27, 2022

Hacettepe Universiteti

December 26, 2022
WhatsApp Us